Qırmızı meyvələrin xeyri


Digərləri 26 Avq 2018 20:24:00 260 1

Qırmızı meyvələrin xeyri

Tərəvəz və meyvələr orqanizm üçün xeyirli vitaminlərlə zəngindir. Qırmızı meyvələr isə gözəllik üçün böyük əhəmiyyət daşıyır.

Son.az axşam.az-a istinadən qırmızı menyunun gözəlliyə hansı müsbət təsiri göstərdiyini təqdim edir:

Albalı

Deyilənə görə, albalı qocalmanın qarşısını alır, dərini daim cavan saxlayır. Gün ərzində bacardığınız qədər albalı yeyin, dəriyə müsbət təsirini mütləq görəcəksiniz.

Alma 

Bir çox xəstəliklərə dərman olan bu meyvə həm də dəri elastikliyini artırır. Bu da qırışların qarşısını alır.