İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərildi


Dünya 26 Avq 2018 14:35:00 281 0

İranın iqtisadiyyat və maliyyə naziri istefaya göndərildi

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiani istefaya göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün İran parlamentində iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianin impiçmenti üzrə səsvermə keçirilib. Səsvermədə 260 deputat iştirak edib. Onlardan 121-i Məsud Kərbasianin lehinə, 137-si isə əleyhinə səs verib, iki deputat bitərəf qalıb.