Akar və Fidanın Moskva səfəri:


Dünya 26 Avq 2018 09:59:00 239 0

Akar və Fidanın Moskva səfəri:

Çavuşoğlunun Rusiyaya son səfəri, Lavrovla görüşünün ardından Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidanın da Rusiyaya getməsi və orada ali səviyyədə görüşlər keçirməsi əslində həm də ikitərəfli münasibətlərin inkişafını göstərir.

Son.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, amma bu görüşlərin intensivləşməsinin təməlində yatan əsas səbəb İdlib məsələsidir:

"Yəni Suriyada Əsəd rejimi Rusiyanın da dəstəyi ilə demək olar ki, bir çox bölgəni müxaliflərdən təmizləyib. Bu gün onların qarşısında duran əsas məsələ İdlibdir. İdlib təhlükəsizlik bölgəsi sərhədləri daxilində Türkiyənin nəzarətində olan ərazidir. Digər bölgələrdə qarşıdurmalar davam etdiyi şəraitdə bir çox qruplaşmalar İdlibdə məskən salıb. Bu bölgədən Rusiyanın hərbi bazasına və əsgərlərinə təhdidlər var. Belə bir vəziyyətdə həm rejimin, həm də Rusiyanın dəstəyi ilə İdlibdə əməliyyatlar keçirmək istəyirlər".

Ekspert vurğulayıb ki, Türkiyənin ABŞ-la əlaqələrinin yaxşı olmadığını da nəzərə alsaq, dolayısı ilə Türkiyəyə qarşı təzyiqlərin artdığını da hiss etmək olar:

"Təsadüfi deyil ki, dünən Çavuşoğlu açıqlamasında İdlibdə hər hansı hərbi toqquşmaların fəlakətə səbəb olacağını dedi. Bu çox önəmli məsələlərdən biridir. Yəni bu səfərlərin, keçirilən görüşlərin əsasında Suriya məsələsi ön plana çıxmaqdadır".