Bükülən dron hazırlanıb


Digərləri 26 Avq 2018 06:30:00 284 0

Bükülən dron hazırlanıb

Çinin "DJI" şirkəti bükülən yeni "Mavic 2" dronunu təqdim edib. Pilotsuz uçuş aparatı "Mavic 2 Pro" və "Mavic 2 Zoom" versiyalarında istehsal olunacaq. "Mavic 2 Pro" "Hasselblad" şirkəti tərəfindən hazırlanmış 20 meqapiksel təsvir ölçülü bir düymlük matrisli kamera, "Mavic 2 Zoom" versiyası isə "DJI"nin öz istehsalı olan 12 meqapiksel matrisli kamera ilə təchiz edilib. Dronun hər iki versiyası 4K formatında videoçəkilişi dəstəkləyir və 8 Gb daxili yaddaşa malikdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni dron maneələri daha yaxşı dəf etməyə imkan verən təkmilləşdirilmiş sistemlə təchiz olunub. "Mavic 2" batareyası sayəsində yarım saatadək havada qala bilir, onun maksimal sürəti saatda 72 kilometrdir.