Ölən sevgilisindən hamilə qalacaq


Digərləri 25 Avq 2018 22:59:00 215 0

Ölən sevgilisindən hamilə qalacaq

Sözügedən cütlük 3 il görüşüb. Onlar ailə qurub uşaq sahibi olmağı planlaşdırırmış

İntihar etmiş sevgilisinin spermasından hamilə qala bilmək üçün məhkəməyə müraciət edən avstraliyalı qadın Ayla Kressuel prosesdə qalib gəlib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hakim 25 yaşlı Aylanın ölən sevgilisinin spermasından istifadə etməsinə qərar verib. O bildirib ki, bu "kədərə irrasional cavab deyil" və doğulacaq uşaq sevgi və qayğı ilə böyüyəcək.

Hakimin müsbət qərar verməsi üçün intihar edərək ölən Coşuanın uşaq arzusunda olması, qadının tək valideynin uşaq böyüdüb tərbiyə etməyin fiziki, emosional və maddi tərəflərini anlaması da nəzərə alınıb.