Azərbaycanda QƏTLİAM kimi QƏZA:


Digərləri 25 Avq 2018 21:00:00 288 0

Azərbaycanda QƏTLİAM kimi QƏZA:

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

Qara Siyəzən adlı ərazidə "VAZ 2107" markalı avtomobillə "Daewoo" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, avqustun 24-də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.

Göyçayda ağır yol qəzası olub. Müxtəlif toy mərasimlərindən qayıdan 2 avtomobil toqquşub Ağır qəzada bir ailənin 4 üzvü ölüb, daha 7 nəfər isə yaralanıb. Hadisə ötən gün axşam saatlarında Göyçay-Bərgüşad yolunun 2-ci km-də Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib. Bərgüşat istqamətində hərəkətdə olan Aqşin Abdullayevin idarə etdiyi minik avtomobili ilə Ənvər Salmanovun idarə etdiyi minik maşını toqquşub. Qəza zamanı maşınlardan biri, VAZ 2106 iki hissəyə bolünüb.

Nəticədə avtomobildə olan 8 nəfərdən 4-ü ölüb, 4 isə ağır yaralanıb. Ölənlər sürücü Ənvər Salmanov, sərnişinlər Ramin Səlimov, Gülnar Səlimova və onların 8 yaşlı övladı Azər Səlimovdur. Digər maşında olan sürücü və daha 2 sərnişini müxtəlif dərəcəli ağır ağır bədən xəsarətləri alıblar.

Yaralılar 55 yaşlı Qənimət Salmanova, 3 yaşlı Ülvi Salmanov, Həcər Salmanova, 25 yaşlı Aygün Salmanova, digər avtomobilin sürücüsü 29 yaşlı Akşin Abdullayev, sərnişinlər 29 yaşlı Məzahir Cahangirov və 25 yaşlı Aygün Əhmədovadır. Onlar dərhal təcili tibbi yardim briqadaları tərfindən Göyçay mərəzi rayon xəstəxanasına aparılıb.

Qeyd edək ki, yaralılardan Aqşin Abdullayev və Məzahir Cahangirovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid video