Ərdoğanı balıq ovuna dəvət etdi FOTO


Digərləri 25 Avq 2018 19:34:00 232 0

Ərdoğanı balıq ovuna dəvət etdi  FOTO

Prezident Ərdoğan bayram tətilinin 4-cü günü Muğla sakinləri ilə görüşüb, bir balıqçıya balıq tutmağa getmək təklifinə razılıq verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Muğlada keçirdiyi bayram tətili müddətində kəndlərin birində olub. Kəndlilərlə cümə namazı qılıb, söhbətləşib. Həmçinin sakinlərin problemlərini, təkliflərini dinləyib. Elə bu sırada ona yaxınlaşan bir balıqçı prezidenti balıq ovuna dəvət edib.

Belə ki, Zəfər Şahin adlı kəndli balıqçının "Başqanım, birgə balıq tutmağa gedək" təklifinə, "sabah gəl, birgə gedək" deyə cavab verib.


Xəbərə aid fotolar