Ağrı və müalicəsi


Digərləri 25 Avq 2018 19:40:00 325 0

Ağrı və müalicəsi

Ağrıların müalicəsi sadə ağrıkəsici dərmanların qəbulu ilə başlayır. Əgər ağrı daha şiddətlidirsə, morfi kimi güclü ağrıkəsicilərə ehtiyac ola bilir. Dərman müalicəsindən başqa ağrı hissini aradan qaldırmaq üçün digər vasitələrdəndə istifadə etmək olar. Belə müalicə üsullarına fizioterapevtik, iynəterapeyası aiddir. Sinir səbəbli ağrıları kəsmək üçün ağrıkəsici dərmanla birlikdə sakitləşdiricilərə də ehtiyac duyulur. Xüsusilə də depressiyanın müalicəsində bu üsuldan istifadə edilir. Son.az immunitet.az-a istinadən bildirir ki, ağrıkəsicilərdən vaxtaşırı qəbul edən şəxs ağrını və dərmanın yanaşı təsirini mütləq nəzarət altında saxlamalıdır. İnsan ağrı hiss etdiyi zaman istədiyi dərmanı, istəsiyi kimi qəbul edə bilməz. Çünki ağrını kəsməklə biz hansısa xəstəliyin əlamətini gizlətmiş oluruq. Bu bizim ziyanımıza ola bilər. Məsələn, kor bağırsaq ağırdığı zaman ağrıkəsici qəbul eləməklə biz vəziyyətimizi daha da kəskinləşdirə bilərik. Ağrıkəsici qəbul edən zaman onun yanaşı təsirləri, bərabər sutkalıq dozası da nəzərə alınmalıdır. Dərmanın dozası düzgün qəbul edilməsə, xəstəyə xeyrindən çox zərəri dəyə bilər. Əgər sizin hər hansı bir orqanınızda vaxtaşırı ağrılar müşahidə edilirsə, mütləq həkimə müraciət etməlisiniz. Çünki ağrı dözməniz gərək olan bir hiss deyil. Dünya ağrısız daha gözəldir. Son.az