Roma Papası utandı


Dünya 25 Avq 2018 19:18:00 243 0

Roma Papası utandı

Roma Papası Fransisk İrlandiya səfəri zamanı bəyan edib ki, kilsə nümayəndələrinin uşaqlara təcavüzləri ilə bağlı meydana gələn qalmaqallara görə "katolik cəmiyyətin ağrısını və utancını" bölüşür.

"Kilsə nümayəndələrinin gəncləri təhqir etmələri səbəbi ilə İrlandiyada meydana gələn böyük qalmaqalı etiraf etməliyəm", - Dublində çıxışı zamanı Roma Papası deyib.

Son.az oxu.az-a istinadən bildirir ki, Roma katolik kilsəsinin başçısı belə qalmaqalların "cəmiyyət tərəfindən həddi-buluğa çatmamış gənclərin və zəif böyüklərin mühafizəsinin zəruriliyini qabardacağına" ümidvarlığını ifadə edib.