Bakıda 2000dən çox şəxs sənədi olmadan avtomobil idarə edirmiş...


Digərləri 25 Avq 2018 13:57:00 231 0

Bakıda 2000dən çox şəxs sənədi olmadan avtomobil idarə edirmiş...

Bakıda sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi və işıqforun qırmızı işığından keçmə ilə bağlı yol - hərəkəti qaydalarının pozuntularının sayı açıqlanıb.

Son.az xəbər verir ki, bu haqda modern.az saytına Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, 2018-ci ilin əvvəlindən avqustun 12-dək Bakı şəhəri üzrə sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə  2344 qayda pozuntusu aşkarlanıb.