DİN: Göyçaydakı ağır yol qəzasında 4 nəfər ölüb


Digərləri 25 Avq 2018 12:43:00 224 0

DİN: Göyçaydakı ağır yol qəzasında 4 nəfər ölüb

Daxili İşlər Nazirliyi Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Bakı. Elçin Mehdiyev - Daxili İşlər Nazirliyi (DİN) Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində Aqşin Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.