Uşağı ana südündən kəsmək üçün


Digərləri 25 Avq 2018 08:51:00 252 0

Uşağı ana südündən kəsmək üçün

Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.

Yeri gəlmişkən, uşağın ana südündən "kəsilməsi" sözünə daha çox önəm veririk, nəinki ana südünü "tərgitməsi" sözünə, çünki "tərgitmək" sözünün adətən pis vərdişlərə şamil edirik. Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən "kəsilmək" sözü burada daha çox yerinə düşür.

Son.az vib.az-a istinadən bildirir ki, nəzərə almaq gərəkdir ki, 1 və ya 2 il ana südü ilə qidalanan uşağa ananın isti və qidalandırıcı döşündən qısa zamanda ayrılmaq həm mənəvi, həm də fiziki cəhətdən heç də asan deyil. Bu prosesə müəyyən qədər hazırlıq görmək, bolluca vaxt, körpəni kəsmək üçün səbirli olmaq, dəstək tapmaq və düzgün yanaşma tətbiq etmək mütləqdir. Çünki aqressiv şəkildə və ya qəfil döşdən (məsələn, iyrəndirməklə, gilələrə acı və ya xoşagəlməz maddələr sürtməklə, ananın uşağı məcburi şəkildə özündən uzaqlaşdırmaqla və s.) kəsilən uşaqlarda uzun müddətdə psixoloji travmanın izlərini sezmək olar. Ana uşağı nə qədər döşdən "itələyəcəksə", uşaq da bir o qədər şiddətli şəkildə "döşdən yapışıb" anasının əsəblərini tarıma çəkəcəkdir.

Tövsiyə olunan 2 il əmizdirmə müddətini tamamlayandan sonra uşaqlarda müəyyən qədər ayrılmağa yetişkənlik sezmək olur. Bu səbəbdən ana südündən kəsilmək 2 ilin tamamında deyil, 2 ilin tamam olduğu müddətdən sonra başlayır və bir neçə ay çəkə bilir. Adətən uşaqlar 2 yaş yarım və hətta 3 yaşa yaxın süddən tamamən və travmasız kəsilirlər. Süddən kəsilmə prosesi valideynlərin, xüsusən ananın təşəbbüsü ilə başlanılmalıdır.

Uşaqların süddən kəsilməyə hazırlıq əlamətləri hansılardır?

- Ən ağrılı çıxanlar da daxil olmaqla bütün dişlərin hamısı artıq çıxıb qurtarıbdır.

- Günorta əmizdirmələrin sayı qat-qat azalıbdır.

- Uşaq yalnız günorta yuxusu üçün ana südü payını alır.

- Döş istəyərkən diqqəti asanlıqla yayınır və bərk qida yemək təklifini qəbul edir.

- Ara-sıra günorta və gecə ana südü əmmədən yuxuya gedə bilir (məsələn, maşında və ya gəzinti zamanı uşaq arabasında).

- Ana südünün qəbulunun azalmasına baxmayaraq, davranışında əsəbilik, gərginlik və mənfi hallar özünün göstərmir.

Yuxarıda verilən əlamətləri uşağında sezən valideynlər artıq süddən kəsmək prosesinə başlaya bilərlər. Bunun üçün aşağıdakı ipucularından istifadə etmək tövsiyə olunur: