Sinkfild kuboku: Şəhriyar Məmmədyarov fransız həmkarı ilə bacara bilməyib


Digərləri 25 Avq 2018 06:22:00 238 0

Sinkfild kuboku: Şəhriyar Məmmədyarov fransız həmkarı ilə bacara bilməyib

Bu gün ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin V turu keçirilib.

Bakı. Tural Turan - Bu gün ABŞ-ın Sent-Luis şəhərində “Sinkfild kuboku” superturnirinin V turu keçirilib. Trend-in məlumatına görə, Azərbaycanı yarışda təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb və heç-heçə edib. Digər qarşılaşmalarda heç-heçə qeydə alınıb. Yalnız Fabiano Karuana (ABŞ) Sergey Karyakinə (Rusiya) qalib gəlib və vahid liderliyə yüksəlib. Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində birinci yerdə qərarlaşıb. İkinci-beşinci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. Altı və yeddinci yerləri hərəyə 3 xal ilə Anand və Vaşye-Laqrav tutur. Növbəti yerlərdə So (2,5 xal) və Nakamura (2) qərarlaşıb, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.