Marsel vağzalında qatar relsdən çıxıb


Dünya 25 Avq 2018 08:18:00 223 0

Marsel vağzalında qatar relsdən çıxıb

Fransanın Marsel şəhərində yüksəksürətli qatar vağzalın girəcəyində relsdən çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın milli dəmiryolu şirkəti (SNCF) məlumat yayıb.

"Vağzalın girəcəyində aşağı sürətlə hərəkət edən yüksəksürətli qatarın relsdən çıxması səbəbindən Marsel vağzalında hərəkət pozulub", - deyə SNCF "Twitter" sosial şəbəkəsində səhifəsində məlumat yayıb.

Hadisə zamanı qatarda 350 sərnişin olub. "Müştəri və əməkdaşlardan heç kim xəsarət almayıb", - deyə şirkət qeyd edib.