Ucuz qiymətə flaqman smartfon


Digərləri 25 Avq 2018 08:05:00 269 0

Ucuz qiymətə flaqman smartfon

Xiaomi şirkəti Hindistanda özünün yeni Pocophone subbrendinin ilk flaqman modeli olan Poco F1-i təqdim etdi. Bu smartfon modeli barəsində hələ bir neçə müddət bundan öncə məlumatlar yayılanda qeyd olunurdu ki, Poco F1 ucuz qiymət göstəricisinə sahib flaqman model olacaq. Bu məlumatlar özünü doğrultdu. Belə ki, smartfon 18:9 nisbətli 6.18 inç Full HD+ ekran (2246x1080 piksel keyfiyyətli) ilə təchiz olunub. Ekran həmçinin çıxıntı hissəyə və Gorilla Glass qoruyucu şüşəsinə də sahibdir. Ekran üzərində olan çıxıntı hissəsində istifadəçi üzünün infraqırmızı skan ötürücüsü var. Bu isə öz növbəsində skan prosesini hətta qaranlıqda da rahat hala gətirir.

Son.az technote.az-a istinadən bildirir ki, smartfon həmçinin 2.8 GHz tezlikli 8 nüvəli Snapdragon 845 prosessoru, GPU Adreno 630 qrafik sürətləndirici, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəkli) və Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Kameralara gəldikdə isə Poco F1 12 MP + 5 MP ikili arxa kamera və 20 MP-lik ön kameraya sahibdir. Smartfonun yuxarı hissəsində 3.5 mm-lik audiogiriş, aşağı hissəsində isə USB Type-C girişi var. Bütün bunlardan əlavə olaraq smartfon həmdə maye soyuducu sistemə də sahibdir. Bunun sayəsində posessor hətta ən yuxarı sistem göstəricilərini tələb edən tətbiqlərin çalışması zamanı da yüklənməyə məruz qalmır.