Xoruldayanların nəzərinə: Yatmazdan əvvəl ...


Digərləri 25 Avq 2018 07:41:00 266 0

Xoruldayanların nəzərinə: Yatmazdan əvvəl ...

Xoruldama nəfəs alma zamanı havanın dar bir sahədən keçərkən səs dalğalarında yaratdığı titrəyiş kimi təyin olunur. Bu vəziyyət həm insanın həyatına mənfi təsir edərək, həyat keyfiyyətini aşağı salır, həm də ətrafdakılara diskomfort hissi verir. Lakin xoruldamanın qarşısını almaq və müalicə etmək üçün tibbi yollar yoxdur. Ona görə də yalnız özünüz müxtəlif tədbirlər görərək bu problemin öhdəsindən gələ bilərsiniz.

Yan üstə yatın

Kürək üstə yatdığınız zaman dilinizin bazası boğazınızın arxa hissəsinə düşür və nəfəs almanın çətinləşməsinə səbəb olur. Bu halda xorultu səsi yaranır. Yan tərəfə doğru yatsanız, bu vəziyyətlə rastlaşmaz və daha rahat nəfəs alarsınız.

Arıqlamağa çalışın

Həddindən artıq çəki ağciyərlərin hava almasına mane olur. Nəticədə tıxanma meydana gəlir və xorultu yaranır. Ancaq bu vəziyyətdə yalnız xoruldamırsınız. Həddindən artıq çəkisi olan insanların çoxunda yuxu pozuntusu problemi də ortaya çıxır.

Yatmazdan əvvəl dərin nəfəs alın