Azərbaycan hökuməti 2026-cı ilədək dövlət borcunu xeyli azaltmağı planlaşdırır


Digərləri 25 Avq 2018 07:38:39 225 0

Azərbaycan hökuməti 2026-cı ilədək dövlət borcunu xeyli azaltmağı planlaşdırır

Azərbaycan hökuməti 2026-cı ilədək dövlət borcunu xeyli azaltmağı planlaşdırır.

Bakı. Azad Həsənli - Azərbaycan hökuməti 2026-cı ilədək ümumi dövlət borcunun həcmini 15 faizə qədər azaltmağı planlaşdırır Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da deyilir. Strategiyaya əsasən, 2018-ci ildə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 23,9 faiz (10,4 milyard dollar) proqnozlaşdırılırdısa, hökumət bu göstəricini 2025-ci ildə 14,1 faizə (7,7 milyard dollar) qədər azaltmağı nəzərdə tutur. Bununla yanaşı, 2025-ci ildə xarici dövlət borcunun məbləği 6,5 milyard dollar (ÜDM-ə nisbəti 12 faizi), daxili borc isə 2 milyard dollar (2,1 faiz) olacaq. 2018-2025-ci illərdə dövlət borcunun proqnozları: İllər Xarici dövlət borcunun məbləği (milyard ABŞ dolları) Xarici dövlət borcunun ÜDM-ə nisbəti (%) Daxili dövlət borcunun məbləği (milyard manat) Daxili dövlət borcunun ÜDM-ə nisbəti (%) Ümumi dövlət borcunun məbləği (milyard ABŞ dolları) Ümumi dövlət borcunun ÜDM-ə nisbəti (%) 2018 9,7 22,5 1,1 1,5 10,4 23,9 2019 10,1 23 1,3 1,8 10,9 24,7 2020 9,8 20,7 1,6 2 10,7 22,7 2021 9,2 19,5 1,8 2,3 10,3 21,7 2022 8,5 17,4 1,9 2,2 9,6 19,6 2023 7,8 15,5 1,9 2,2 9 17,6 2024 7,2 13,7 1,9 2,1 8,3 15,8 2025 6,5 12 2 2,1 7,7 14,1