Günəbaxan tumlarının təbii halda qəbul edilməsi çox faydalıdır


Digərləri 24 Avq 2018 23:24:00 289 0

Günəbaxan tumlarının təbii halda qəbul edilməsi çox faydalıdır

Günəbaxan tumları antioksidant və minerallarla zəngindir. Belə ki, bu tumların tərkibində vitamin, metal, minerallar, eləcə də amin və yağ turşuları var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yağlı turşularla zəngin olan günəbaxan tumları ürək-damar sistemi üçün çox faydalıdır və qanda xolestronun səviyyəsini normallaşdırır, damarların elastikliyini artırır. Onun tərkibində olan B vitamini və sink mineralı dəriyə, saç və dırnaqlara müsbət təsir edir, sinir sistemini sakitləşdirir, stress və depressiya ilə mübarizədə kömək göstərir.

Günəbaxan tumları çox kalorili olduğundan onun gün ərzində 50 qramdan artıq qəbul edilməsi məsləhət görülmür. Lakin həmin tumlar heç bir əlavə olmadan və təbii halda faydalıdır. Hazır qızardılmış tumlar isə orqanizm üçün o qədər də faydalı deyil və hətta ziyan da vura bilər.