Alimlər saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlayıblar


Digərləri 24 Avq 2018 23:07:00 240 0

Alimlər saç tökülməsi və ağarmasına qarşı yeni maddə hazırlayıblar

Elm adamları siçanlar üzərində apardıqları təcrübələrdə təkmilləşdirdikləri xüsusi kimyəvi maddə vasitəsilə xolesterolun səbəb olduğu saç tökülməsi və ağarmasının qarşısını almağı, o cümlədən baş dərisinin yaralarını sağaltmağı bacarıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Cons Hopkins Universitetinin alimləri həmin kimyəvi maddə vasitəsilə bədəndə "qlikosifinqolipit" adlanan amin alkollarının istehsalına maneə törədiblər. Amin alkolları baş dərisində yağlanmaya səbəb olmaqla yanaşı, dəri və tük hüceyrələrinə mənfi təsir edir.

Maddənin inyeksiya edildiyi siçanlarda ağ tüklərin əvvəlki rənginə döndüyü, keçəlləşmənin dayandığı və dəri yaralanmalarının yaxşılaşdığı müşahidə edilib.