İki yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb


Digərləri 24 Avq 2018 22:22:00 184 0

İki yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb

Şəmkir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, ilk hadisə rayonun Zəyyəm qəsəbəsində qeydə alınıb.

Mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Digər hadisə isə Dəllər Cəyir kəndində yerləşən körpüdə baş verib. İdarəetmədən çıxan "VAZ" markalı avtomobilin başqa avtomobillə toqquşması nəticəsində yaşlı qadın və iki nəvəsi xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdan keçən şəxslər tərəfindən xəstəxanaya aparılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.