"Maps.me" Azərbaycana qarşı təxribata yol verir VİDEO


Digərləri 24 Avq 2018 21:59:00 230 0

"Maps.me" Azərbaycana qarşı təxribata yol verir  VİDEO

İşğal altında olan torpaqlarımız həm müstəqil respublika kimi göstərilib, həm də rayonlarımızın adları erməni dilində yazılıb.

Son.az bildirir ki, dünyada geniş yayılan, xüsusilə də turistlərin istifadə etdiyi naviqasiya proqramlarından biri olan ''Maps.me'' (məpsmi) mobil tətbiqi Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata əl atıb. Bu mobil tətbiqetmədə Azərbaycan torpaqları müstəqil Dağlıq Qarabağ Respublikası kimi göstərilib. Ərazilərin adları isə sanki erməni torpaqlarıymış kimi ermənicə xəritəyə daxil edilib.

Proqram oflayn rejimdə də istifadəyə əlverişli olduğuna görə xüsusilə də xaricə səfər edən turistlər bu proqramdan geniş istifadə edirlər. Nəticədə isə onlar əzəli Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi tanıyırlar.

İnformasiya və kommunikasiya texnologiyları üzrə mütəxəssis Elçin Məmmədovun sözlərinə görə, sözügedən mobil tətbiqetmə "Openstreetmap" proqramının bazasında yığılıb. Həmin proqramda da Qarabağ torpaqları erməni dilində və erməni adları ilə göstərilib. Lakin problemin həlli istifadəçilərin öz əllərindədir.