Əlil arabasında əyləşən Şumaxer dağlara baxıb ağlayır


Digərləri 24 Avq 2018 22:04:00 304 0

Əlil arabasında əyləşən Şumaxer dağlara baxıb ağlayır

"Formula-1" yarışlarının almaniyalı əfsanəvi pilotu Mixael Şumaxer 2013-cü ildə başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Britaniyada çıxan "The Mirror" qəzetində Şumaxerin səhhəti ilə bağlı xəbərlər dərc edilib. Yeddiqat dünya çempionunun qohumlarından birinin sözlərinə görə, Şumaxer emosiyalarını nümayiş etdirməklə bütün ailəni sevindirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Kral yürüşləri"nin 49 yaşlı sabiq pilotunun ailəsi hazırda İsveçrənin Qland şəhərində, Cenevrə gölünə yaxın ərazidəki villada yaşayır.

Qəzet anonim mənbənin bu sözlərini sitat gətirir: "Biz onu əlil arabasına əyləşdirib dağlara və gölə açılan gözəl panoramı göstərəndə Mixael bəzən ağlayır".

Şumaxerin keçmiş meneceri, vaxtilə gənc Mixaelin istedadına diqqət yetirərək onun yeddi dəfə çempion titulu qazanmasında mühüm rol oynamış Villa Venera bu yaxınlarda etiraf edib ki, artıq dostunun səhhətinin bərpa olunacağına ümid bəsləmir.