Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir


Digərləri 24 Avq 2018 20:28:00 241 0

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir

Vakansiya seçimi 26 avqust saat 23:59-dək davam edəcək.

Bakı. Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçə biləcəklər. Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.