Uşaqlar arasında yayılan qan xərçəngi necə başlayır?


Digərləri 24 Avq 2018 19:55:00 308 0

Uşaqlar arasında yayılan qan xərçəngi necə başlayır?

Qan xərçəngi qanın bədxassəli şişləri olub, Leykemiyalar və Limfomalar qrupuna bölünür.

Leykemia - sümük iliyində kötük hüceyrələrin (blast) müxtəlif faktorların təsiri altında inkişafının müəyyən mərhələsində dayanması və nəzarətsiz çoxalmasıdır.

Leykemiyalar kəskin (yəni birdən başlayıb, çox sürətlə irəliləyən) və xroniki (yavaş irəliləyən) olmaqla 2 qrupa bölünür. Kəskin Leykemiyalar da özləri də əmələ gəldiyi hüceyrədən asılı olaraq Kəskin Limfoblast Leykemiyalar (ALL) və Kəskin Mieloblastik Leykemilar (AML) olmaqla 2 növə ayrılır.

Həmçinin xroniki Leykemiyalar da 2 yerə bölünür.

1.Xroniki Limfoblastik Leykemiyalar ( XLL) 2.Xroniki Mieloblastik Leykemiyalar ( XML)

Medicina.az-ın suallarını cavablandıran hematoloq Ələmdar Cəfərov leykemiyaların yaranma səbəblərindən danışıb: "Radiasiya, benzin və formaldehit kimi sənaye məhsulları, kimya terapiyada istifadə olunan maddələrin qəbulu, genetik faktorlar və bəzi genetik xəstəliklər (məsələn - Down sindromu), virus xəstəlikləri əsas faktorlar ola bilər".

Həkimin sözlərinə görə, planşet və mobil telefonlardan uzun müddət dayanmadan istifadə olunması, ekoloji olaraq çirklənmiş mühit, qida maddələrindəki kimyəvi qatqılar da xəstəliyi tətikləyə bilər.

Son zamanlar alimlərin apardığı araşdırmalara görə, bəzi vitaminlərin çatışmazlığı risk amili daşıyır. Vitaminlərin xəstəliyin müalicəsində də böyük əhəmiyyəti var (məsələn - Kəskin Promielositar leykozda vitamin A - ALL- trans retinoy acid ( ATRA PREPARATI)).

Hematoloq xəstəliyin ilkin əlamətləri barədə də geniş məlumat verib.

"Tez yorulma, halsızlıq, sümük ağrıları, uzunmüddətli qızdırma, infeksiyalar, dəridə yaranan kiçik səpkilər (petexiyalar), qoltuqaltında limfa düyünlərin, dalağın böyüməsi, xəstəliyin ilkin əlamətləri hesab edilir", - deyə Cəfərov bildirib.