Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır


Digərləri 24 Avq 2018 19:28:00 242 0

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir. 

Son.az report.az-a istinadən bildirir ki,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, namizədlər boş qalan üç mindən çox vakant yerə avqustun 25-26-da seçim edə biləcəklər. 

Əlavə yerləşdirmədə keçid balı toplayaraq işə qəbul oluna bilməyən - vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan, vakant yer tutub müsahibəyə gəlməyən namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.