“Ünvanıma söyüşlər yazan xanımlar...”


Şou-biznes 24 Avq 2018 19:06:00 280 0

“Ünvanıma söyüşlər yazan xanımlar...”

Aktrisa Pərvin Abiyevanın sosial şəbəkədə etdiyi zarafat başına bəla olub.

Belə ki, hazırda Çində olan aktrisa bir izləyicisinin "Orada da qurban kəsirlər" sualına "Burada it kəsirlər" deyə cavab verib. Aktrisanın cavabı birmənalı qarşılanmayıb, Qurban bayramını lağa qoymaq kimi başa düşülüb.İzləyiciləri Pərvini sosial şəbəkədə tənqid etməyə başlayıblar.

Son.az musavat.com-a istinadən xəbər verir ki, aktrisa tənqidlərə belə münasibət bildirib: "Mən o kəlmələri zarafata yazdım. Çində Qurban bayramı yoxdur, ya da mən görmədim. Bu xalq it, həşərat yediyindən belə zarafat etdim. Bunu da özünü müsəlman adlandırıb, küçə adamı olanlar özünə təhqir bilib.