“Azərbaycandan da qaz ala bilərik, amma açıq desək Rusiya qazı daha ucuzdur...”


Dünya 24 Avq 2018 13:12:00 247 0

“Azərbaycandan da qaz ala bilərik, amma açıq desək Rusiya qazı daha ucuzdur...”

"Azərbaycandan da qaz ala bilərik, amma açıq desək Rusiya qazı daha ucuzdur..."

"Hətta soyuq müharibə dövründə Avropa və Rusiya, yəni o vaxtkı SSRİ enerji məsələsində sıx əməkdaşlığa malik olublar. Biz Rusiya ilə neft-qaz təcizatı məsələsində əməkdaşlığa yox deyə bilmərik".

Son.az virtualaz.org-a istinadla xəbər verir ki, belə bəyanatla Almaniya kansleri Angela Merkel Tbilisi Universitetində çıxış edib. Kanslerin sözlərinə görə, Almaniya Azərbaycandan da qaz ala bilər.

"Lakin açıq desək həmin qazı hazırda Rusiya qazını aldığımız qiymətə almaq mümkün deyil...Avropa Rusiyadan qazı başqa ölkələrdən aldığından ucuz alır", - Merkel qeyd edib.