Sakramentoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 24 Avq 2018 10:29:44 265 0

Sakramentoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Sakramentoda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Bakı. ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi Müqəddəs Con Lüteran Kilsəsində (Saint John`s Lutheran Church) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib. Baş Konsulluğun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.