Gömrükdən 19 min ədəd pirotexniki vasitə keçirmək istədi


Digərləri 24 Avq 2018 10:16:00 334 0

Gömrükdən 19 min ədəd pirotexniki vasitə keçirmək istədi

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində "Big Cracker" yazısı olan 870 ədəd və "Enigmabg" yazısı olan 18 min ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar