Səkinə sözünün əsl mənası və ya toz ticarəti Orta əsrlərin qızıl alveri


Digərləri 24 Avq 2018 01:30:00 502 0

Səkinə sözünün əsl mənası və ya toz ticarəti  Orta əsrlərin qızıl alveri

Tarix boyu bir çox savaşların kökündə qarət, qarşı ölkənin zənginliklərini ələ keçirmək dururdu. Bir çox hallarda isə savaş sülhlə bitir, məğlub tərəf qalib tərəfə illik xərac verməli olurdu. Bu isə əsasən qızıl və gümüşlə edilən illik ödəmələr olurdu. Bəs orta əsrlərdə qızıl necə və haradan əldə edilirdi?

Son.az bildirir ki, bu sualın cavabını "ölkə.az"-a tarixçi-alim Əkbər Nəcəf verib.

Amerika qızılının dünya iqtisadi sistemində ağırlıq ünsürü olmağa başladığı 1570-ci ilə qədər dünya ticarətinin qızıl ehtiyacını demək olar ki tək başına Sudan qarşılayırdı. Sudan qızılına tələbat o qədər böyük idi ki, Avropa dövlətlərində Afrikanı işğal anlayışını yaratmışdır. Avropalılar XIX əsrin ortalarına qədər Afrikanın tamamında qızıl olduğuna inanıblar.

Sudan qızılı ölkəmizə qədər gəlmişdir. Ruslar "rubl" sözünün Sudan qızılı üçün işlədiblər. Bizdəki "səkinə" sözünün yaranma səbəbi də Sudan qızılıdır. Belə ki, Sudan qızılından kəsilən pullar Rubia, ziana, dobla, soltanina (səkinə) adlanırdı.