Erməni polis rəisi iki ay işləyib vəzifəsini itirdi


Dünya 23 Avq 2018 23:31:00 238 0

Erməni polis rəisi iki ay işləyib vəzifəsini itirdi

Yerevan polis rəisi, polkovnik Artak Poqosyan tutduğu vəzifəsindən azad olunub.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda Ermənistan polisinin mətbuat xidmətinin nümayəndəsi Edqar Canoyan xəbər verib.

Qeyd olunur ki, Poqosyanın azad olunması haqda qərar hələ ictimaiyyətə rəsmi şəkildə açıqlanmayıb. Amma artıq bu haqda qərara Ermənistan polisinin rəisi Valeri Osipyan qol çəkib.