Ukraynada korrupsiya əleyhdarları Manaforta hökmü alqışlayıb


Dünya 23 Avq 2018 23:25:00 254 0

Ukraynada korrupsiya əleyhdarları Manaforta hökmü alqışlayıb

Ukraynada korrupsiya əleyhdarları ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqlərindən biri-onun keçmiş kampaniya meneceri Pol Manafortun məhkum olunmasını alqışlayıb. Fəllar ümid edir ki, bununla Ukraynada Manaforta lobbiçilik fəaliyyətilə əlaqədar milyonlarla dollar ödəyən siyasətçilər və oliqarxlarla bağlı təhqiqatlara yol açıla bilər.

Anti-korrupsiya fəallarının fikrincə, Ukrayna prokurorluğu ölkədə siyasi korrupsiya ilə bağlı dalana dirənmiş təhqiqatları davam etdirmək üçün Amerika hökumətindən məhkəmə prosesində istifadə edilmiş materialları tələb etməlidir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Manaforta qarşı irəli sürülmüş 18 ittihamın böyük hissəsi onun hakimyyətdən devrilmiş prezident Viktor Yanukoviçin və onun rəhbərlik etdiyi "Regionlar partiyası"nın siyasi məsləhətçisi kimi işi ilə əlaqədardır. Manafort 18 ittihamdan 8-nə görə günahkar tanınıb. Pol Manafort demokratiya tərəfdarı Narıncı inqilabının mübahisəli seçkilərin nəticələrinə görə Yanukoviçin prezidenti kimi hakimiyyətə gəlişinə mane olmasından altı il sonra 2010-cu ildə onun siyasi dirçəlişinə kömək edib.

Ukrayna parlamentinin deputatı və keçmiş jurnalist Sergey Leşşenko Manafortun işinin Ukrayna cəmiyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini bildirir. Leşşenko Manafortun 2007-2012-ci illər arasında "Regionlar partiyası"ndan gizli şəkildə aldığı maliyyə transaksiyalarının ortaya çıxarılmasına kömək edib.