Bu 3 maddə qandakı xolesterini aşağı salır


Digərləri 23 Avq 2018 22:45:00 327 0

Bu 3 maddə qandakı xolesterini aşağı salır

Kətan toxumu - qandakı xolesterini aşağı salan maddələrdən biridir. Kətan toxumunun tərkibində Omeqa-3 vardır. Çox təəssüf ki, bir çoxlarımız bu maddədən lazımi qədər istifadə edə bilmirik. Bunu bilmək lazımdır ki, Omeqa-3 maddəsi qandakı xolesterini tənzimləyər və qan dövranını yaxşılaşdırar. O zaman ki, qan damarlardan rahat şəkildə cərəyan edər, ürəkdə heç bir problem yaranmaz. Bu maddə həm də beyin və ağciyərlərin qorunması üçün lazımlıdır. Tövsiyə olunur ki, kətan toxumunu üyüdüb, bütün salatlarınızın və xuruşlarınızın üstünə səpəsiniz.

İkinci maddə isə sarımsaqdır. Sarımsaq elə bir tərəvəzdir ki, qan damarlarındakı yağ yığımını azaldar. Ona görə də qan sürətlə hərəkət edə bilir. Diqqət edin ki, sarımsaq anti-biotik bir maddədir. Soyuq havalarda bədənimizin immun sistemini yüksəldər.

Üçüncü maddə isə sarıkökdür. Sarıkök elə ədviyyatlardandır ki, ondan istifadə etmək lazımdır. Sarıkök qandakı yağlılığı azaldar. Bu maddə anti-oksidantdır. Ona görə də hüceyrələrin qocalmasına mane olar və xərçəng xəstəliyinin qarşısını alar.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu üç maddədən istifadə etmək qaydası çox sadədir. Hər bir yeməklərinizdə bu maddələrdən birindən rahatlıqla istifadə edə bilərsiniz.

Kətan toxumunu üyüdüb bir şüşə qaba yığın, sonra isə yeməklərinizin üstünə duz kimi səpin.