Zaqatalada 14 yaşlı oğlan göldə boğulub


Digərləri 23 Avq 2018 22:07:00 258 0

Zaqatalada 14 yaşlı oğlan göldə boğulub

Zaqatalada göldə çimən oğlan boğularaq ölüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bugün axşam saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, Aşağı Tala Köçkün Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rəvan Ramil oğlu İsmayılov yaxınlıqda olan gül plantasiyasına məxsus göldə çimərkən boğulub.

Faktla bağlı araşdırma aparılır.