Qurbanlıq bəzəmək əndazədən çıxıb Bu dini cəhətdən də


Digərləri 23 Avq 2018 21:13:00 430 0

Qurbanlıq bəzəmək əndazədən çıxıb  Bu dini cəhətdən də

Qurbamlıq heyvan gəlin kimi bəzədildi. Üstəlik görüntülər sosial şəbəklərdə böyük mara ağa səbəb oldu. Bu hal özüdə göstərir ki, bəzi insanların bu işi necə deyərlər əndazədən çıxarıb.İlahiyyatçılar belə halların yolverilməz olduğunu və qurban bayramının həqiqi mahiyyətindən uzaqlaşdırdığını deyirlər.

Başında gəlinlik fatası, ayağında ağ tüldən ayaqqabı, buynuzundan isə ağ mirvari sallanır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qurbanlıq bayramı ərəfəsində bu tip görüntülər az qala ənənə halını alıb. Hətta işi əndazəsində çıxarıb qoçu gəlin kimi bəzəyənlər də var. Halbuki doğru bildiyimiz bu adət kökündən yalnışdır.

Xüsusi ilə qurbanlıq heyvanın bu cür bəzədilməsi nişanlı oğlan tərəfi edir. Qız qapısına qurbanlıq heyvan apararkən heyvanı bu şəkildə bəzəyirlər. Kimi isə heyvanı alan kimi başına xına qoyıb, qırmızı paltara bürüyür.

Hələ üstəlik həmin heyvanın şəklini və yaxudda videosunu çəkərək sosial şəbəkələrdə də paylaşırlar. İlahiyatçı Mirhəmid Məmmədov deyir ki, qız qapısına qurbanlıq heyvan aparmaq köhnə adətdir. Amma qoyunun belə bəzədilməsi dində günahdır.


Xəbərə aid video