Sağlamlıq təkcə nə yeməyimizdən deyil, həm də yeməyin vaxtından asılıdır


Digərləri 23 Avq 2018 20:05:00 237 0

Sağlamlıq təkcə nə yeməyimizdən deyil, həm də yeməyin vaxtından asılıdır

Yeni bir araşdırma göstərib ki, qida bədən saatımıza uyğun qəbul edildiyi zaman daha yaxşı həzm olunur.

Əgər sağlam həyat sizi maraqlandırırsa, demək ki, qidanın tərkibi və miqdarı barədə də məlumatlısınız.

Lakin yeni bir araşdırma, yemək vaxtının da ən az bu qədər mühüm olduğunu göstərir.

Diyetoloqlar yeməyi müntəzəm intervallarla qəbul etməyi və öynəliyi pozmamağı məsləhət bilirlər

Yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində yeyin

Daimi bədən məşğələsi edən insanlar, idmandan əvvəl, idman əsnasında və ya sonra müəyyən qidaları qəbul etmək lazım gəldiyini deyə bilərlər. Sübut olunub ki, böyük kalorili qidaları günün erkən saatlarında qəbul etmək piylənmə riskini azaldır.

İndi isə sirkadian ritminə (orqanizmimizin 24 saatlıq bədən saatı) nəzarət edən yeni bir araşdırma, yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində qida qəbul etməyi məsləhət görür. Beləliklə bədənə həzm, istirahət və bərpa üçün kifayət qədər vaxt vermiş olarıq.

ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşən Salk İnstitutundan müəllim doktor və mövzu üzrə 10 illik tədqiqat nəticəsində ərsəyə gələn Sirkadian Kodu (The Circadian Code) adlı kitabın müəllifi Satchin Panda BBC-yə, qida qəbulunu sirkadian ritminə uyğunlaşdıraraq bədənimizin fəaliyyətini yaxşlaşdıra biləcəyimizi deyib.

"Orqanizmimizdə demək olar ki, hər bir hüceyrə sirkadian saatına malikdir. Yəni, hər bir hormon, beynin hər bir kimyəvi hissəsi, hər bir ferment və hətta genom tərkibindəki hər bir gen günün müəyyən vaxtlarında qalxır və enir," Dr. Panda söyləyir.

"Bu o deməkdir ki, gün ərzindən yuxunun, yeməyin, təhsilin, fiziki fəaliyyətin optimal vaxtı mövcuddur. Əldə etdiyimiz məlumatlara görə, bədənimiz yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat, maksimum 12 saat ərzində qidanı həzm edə və qida maddələrini hopdura bilir."

"Bu müddətdən kənarda bizim sirkadian saatımız dayanır və orqanizmimiz fərqli rejimə keçir - təmir, bərpa və yenilənmə."

Yemək və aclıq vaxtı

Dr. Panda və Salk İnstitutundan həmkarları 10 il vaxt əsaslı qidalanma üzrə elmi araşdırma aparıblar.

2012-ci ildə onlar iki identik siçan qrupu üstündə bir tədqiqat həyata keçiriblər.

Birinci qrupa yüksək yağlı və şəkərli qidalar verilib və onlar istədikləri vaxt yeməkdə azad olublar.

İkinci qrupa da eyni kaloridə eyni qidalar verilib, amma onlar səkkiz saat ərzində yeyiblər.

Dr. Panda deyir ki, 18 həftədən sonra, istədikləri vaxt yemək yeyən siçanlar diabet və piy, yüksək xolesterin və bağırsaq xəstəliklərinə tutulublar.

Təəccüblü olsa da, səkkiz saat ərazində qida qəbul edən siçanların heç biri sadalanan xəstəliklərə yoluxmayıb.

Dr. Panda izah edir ki, yeməyi dayandırdığımız zaman, ətraf-mühit və qidadan keçən toksinlər təmizlənir, xolesterin səviyyəsi aşağı enir və əzələlər, dəri, bağırsaq və hətta DNT bərpa olunur.