Qara nöqtələr və sızanaqlardan azad olun


Digərləri 23 Avq 2018 18:54:00 220 0

Qara nöqtələr və sızanaqlardan azad olun

Bir çoxları üz dərisindəki sızanaqlardan və qara nöqtələrdən əziyyət çəkir.

Son.az axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz və sizi dəri problemlərindən xilas edəcək maskalar təqdim edir:

Sızanaqlar üçün krem:

4 armudu stəkan gül suyu

2 ədəd alma

2 xörək qaşığı razyana

2 xörək qaşığı doğranmış cəfəri

2,5 xörək qaşığı arpa unu

3 yumurtanın ağı

"Lanolin" 1 çay qaşığı

Hazırlanması:

Qabda su qaynadın, üzərinə bir qab qoyun. İçərisinə gül suyu, alma, razyana, kərəviz və arpa ununu töküb qarışdırın. Buxar üstündə qaynayan qarışıq qatı hala gələndə üzərinə yumurtanı, lanolini tökün. Krem halına gələnə qədər qarışdırın. Kremi soyuducuda saxlayın. Üzünüzdə sızanaqlar olanda istifadə edin.