İsveçrə bankı zəngin rusların 5 milyard dollar pulunu dondurub?


Dünya 23 Avq 2018 16:35:00 259 0

İsveçrə bankı zəngin rusların 5 milyard dollar pulunu dondurub?

İsveçrənin ən iri banklarından olan "Credit Suisse" ABŞ-ın sanksiyalarının təsiri altına düşməmək üçün Rusiya vətəndaşlarının 5 milyard dollarlıq bank hesablarını dondurduğu barədə bu gün yayılan məlumatı təkzib edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barəd RBK məlumat yayıb.

"Bu yaxınlardakı sanksiyalardan sonra, həmçinin ABŞ tərəfindən davamlı olaraq tətbiq olunan məhdudiyyətləri bəzərə alaraq "Credit Suisse" həmin məhdudiyyətlərin altında düşmüş müəyyən aktivləri reklassifikasiya (yenidən təsnif) edib, yəni onları gizli idarə olunan aktivlərdən vəkalət altında saxlanılan aktivlərə keçirib. Belə reklassifikasiya aktivlərin dondurulması demək deyil", - deyə nəşr banka istinadən bildirib.