Cocuq Mərcanlıda Qurban bayramı qeyd olunub


Digərləri 23 Avq 2018 12:43:03 238 0

Cocuq Mərcanlıda Qurban bayramı qeyd olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib.

Bakı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tədbir keçirib. Trend-in məlumatına görə, Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub. “Mən bu gün burada bir daha əmin oldum ki, vətən torpağının azadlığı, işğaldan azad edilməsi uğrunda şəhid olmağa, şəhid verməyə dəyərmiş! Cocuq Mərcanlının bərpası, kənd əhalisinin yenidən doğma yurda qayıtması, burada qaynar həyatın başlanması qəhrəman şəhidlərimizin ruhuna hörmət və ehtiramın təcəssümüdür. Şəhidlərimizin qanı hesabına azad edilən hər qarış torpağımız bizim üçün müqəddəsdir! İnanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində doğma Qarabağımız tezliklə işğaldan azad ediləcək!” Bu sözləri Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Qurban bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.