Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb


Digərləri 23 Avq 2018 09:57:00 200 0

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Bakı. 2018-ci il avqustun 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.