“Qəzənfər”in 75 yaşı tamam olur


Digərləri 23 Avq 2018 08:38:00 246 0

“Qəzənfər”in 75 yaşı tamam olur

Xalq artisti Şahmar Ələkbərovun doğum günündən 75 il ötür.

Son.az oxu.az-a istinadən bildirir ki, Şahmar Ələkbərov 1943-cü ildə Gəncədə anadan olub.

O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb.

Məşhur sənətkar Adil İsgəndərоv onu kino studiyasının nəzdində özünün yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət edib.

Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Eyni zamanda teleradio sahəsində də fəal olub. Azərbaycan adioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.