Xiaomi Mi Mix 3ün yeni fotoları sızdırıldı FOTO


Digərləri 23 Avq 2018 08:21:00 287 0

Xiaomi Mi Mix 3ün yeni fotoları sızdırıldı  FOTO

Vaxtı ikən Xiaomi Mi Mix flaqman smartfonu ən birinci çərçivəsiz ekranlı smartfon modellərindən biri idi. Lakin həmin vaxtdan uzun müddət keçib və bazarda artıq yetəri sayda çərçivəsiz ekranlı smartfonlar var. İndi isə Xiaomi Mi Mix seriyasının üçüncü nəslinin yeni fotoları Çinin Weibo saytında yayılıb. Fotolardan da görmək olar ki, yeni modelin ekranı smartfon səthinin 90%-dən çoxunu əhatə edəcək. Bundan əlavə olaraq smartfon maksimal dərəcədə nazik ekran çıxıntısına sahib olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, modelin yuxarı hissəsinin fotoda yaxşı görünməməsinə baxmayaraq belə nəticəyə gəlmək olar ki, həmin hissə də maksimal dərəcədə nazik olacaq. Yuxarı hissəsinin nazik olması ehtimalı ön kameranın smartfonun daxilində yerləşəcəyi və lazımi anda onun xaricə çıxmağı fikri reallığa bənzəyir. Smartfonun dizaynından əlavə olaraq onun əsas texniki göstəriciləri barəsində də bəzi məlumatlar var. Çox güman ki, smartfon Snapdragon 845 prosessoru, 8 GB RAM və 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Xiaomi Mi Mix 3-ün 15 Sentyabr tarixində təqdim olunacağı güman olunur.


Xəbərə aid fotolar