"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb


Digərləri 23 Avq 2018 07:54:40 233 0

"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb

"Nike" şirkəti Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb

Bakı. Tural Turan - "Nike" şirkəti Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb. Trend-in məlumatına görə, şirkətə aid şəxsin irqçi davranışlarından sonra ictimai etirazlar fonunda baş verib. Bildirilir ki, bundan əvvəl KİV çimərlik kurortunda çəkilmiş video yayıb. Videoda ağdərili kişi CAR-da irqçi termin hesab olunan təhqiramiz sözlərdən istifadə edir. KİV-in məlumatına görə, bu kişi "Nike"nin marketinq üzrə direktorunun həyat yoldaşıdır.