Kəsilən heyvanların qalıqlarının aqibəti necə olur? VİDEO


Digərləri 22 Avq 2018 22:30:00 273 0

Kəsilən heyvanların qalıqlarının aqibəti necə olur?  VİDEO

Paytaxtda qurban satış və kəsim mərkəzlərində minlərlə heyvan kəsilir. Son.az bildirir ki, əksər hallarda qurban sahibləri onların dərisini və baş-ayağını elə kəsim məntəqlərinədə qoyub gedirlər. Bəs görəsən həmin qurban qalıqlarının aqibəti necə olur?

Qurbanlıq heyvanların qalıqlarının sahibi tərəfindən satılmasın dini qaydalara ziddir. Elə buna görə də çox nadir hallarda quban sahiblər onun dərisin vəbaş ayağını özləri işlə aparırlar.

Əksər hallarda isə qurban sahibləri qalıqları götürmürlər. Belə olan halda nə qədər dəri, baş-ayaq və içalat yığıldığını təsəvvür etmək çətin deyil. Bəs belə olan halda həmin heyvan qalıqları necə istifadə olunur.

Qida Təhlükəsizliyi Agentliyinin 23 saylı kəsim mərkəzindəki baytar-mütəxəssisi Mehman Əliyev bildirir ki, həmin hissələr xüsusi ayrılmış avtomobilə qoyularaq tullantı yerinə aparılır.