Karbohidratlar insan ömrünü uzadır


Digərləri 22 Avq 2018 21:30:00 326 0

Karbohidratlar insan ömrünü uzadır

Amerikalı alimlər insan ömrünün uzun olması üçün onun qida rasionunda zəruri karbohidratların miqdarını hesablayıblar. RİA Novosti agentliyi bildirir ki, bu araşdırmanın icraçıları səkkiz tədqiqatın gedişində Avropa, Şimali Amerika və Asiyanın 20 ölkəsindən 432.179 insan barədə məlumatları araşdırıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu tədqiqatlarda insanın cinsi, yaşı, zərərli vərdişləri, tutulduğu xəstəliklər və qida rasionunda məhsulların nisbi payları nəzərə alınıb. Təhlil nəticəsində məlum olub ki, qidasının orta hesabla 50 faizi karbohidratlardan olan insanlar daha uzunömürlü olur. Qida rasionunda karbohidratların nisbi payı 70 faizdən çox və ya 40 faizdən az olan insanların isə dünyasını tez dəyişməsi ehtimalı daha böyükdür.