2 avtomobil toqquşub, sərnişin xəsarət alıb


Digərləri 22 Avq 2018 19:24:00 277 0

2 avtomobil toqquşub, sərnişin xəsarət alıb

Yevlax şəhərində sərnişinin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobilin "Nissan" markalı avtomobillə toqquşması nəticəsində sərnişinlərdən biri, 1994-cü il təvəllüdlü Samir Musayev müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən S.Musayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.