KİV: Ukrayna IMFdən əlavə yardım istəyəcək


Dünya 22 Avq 2018 14:53:00 260 0

KİV: Ukrayna IMFdən əlavə yardım istəyəcək

Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək. 

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb. 

Məlumatda deyilir ki, gələn ay IMF-nin missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqram barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-ci ili mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir.