Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA


Digərləri 22 Avq 2018 14:41:09 43 0

Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

Filmlər tərcümə olunarkən bədii dillə adi danışıq dili səhv salınır və gülüş hədəfinə çevrilən tərcümə meydana gəlir

Bu xəbəri də oxu: Neftin ucuzlaşması davam edir

Ölkədə dublyaj olunan filmlərin aşağı keyfiyyəti çox insanı narazı salır. Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narahat olur. Televiziyaların böyük izləyici auditoriyasını itirməsinin əsas səbəbi qeyri-peşəkar dublyaja bağlıdır.

“Report” problemi araşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssislərəmüraciət edib.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza bildirib ki, artıq televiziyalarda fəaliyyət göstərən dublyaj studiyalarında çalışmır:

“Bəzən kinoteatrlar üçün özəl şirkətlərin dəvəti ilə film səsləndirirəm. Televiziyada film bir günə dublyaj olunur, səs rejissoru çox zaman səsi düzgün tənzimləyə bilmir və qeyri-peşəkarlar bu sahədə üstünlük təşkil edir. Bir çox ölkədə dünyaca məşhur aktyorun filmini yalnız bir nəfərin səsi ilə tamaşaçıya təqdim edirlər. Bizdə isə hətta tanınmış kino ulduzunun səsini fərqli–fərqli insanlar dublyaj edir. Problemin həllini isə vahid dublyaj studiyasının yaradılmasında görürəm”

Dalğa televiziyasının dublyaj studiyasında tərcüməçi-redaktor kimi çalışan Aytən Nəsirli deyir ki, filmlər tərcümə olunarkən bədii dillə adi danışıq dili səhv salınır və gülüş hədəfinə çevrilən tərcümə meydana gəlir:

“Əlbəttə filmlərin dilimizə tərcümə olunmasında dublyajı ayrı-ayrı kanalların öhdəsinə buraxmaq düzgün deyil. Onunla mütəxəssis işləməli, bu sahəyə böyük maliyyə ayrılmalıdır. Universitetlərdə film tərcüməsi sahəsində fənn keçirilsə, filmlərdəki qeyri-peşəkar tərcümələrin qarşısı alınsa, bu halda dilimizin inkişafı üçün daha bir addım atmış olarıq”

İctimai Televiziyanın Kino Dublyaj departamentinin böyük redaktoru İmran Bədirxanlı dublyaj olunan filmlərdə tərcümə probleminin həlli üçün qeyd edib ki, bərbad dublyaj olunan filmlə, efirdə səsləndirilən hansısa kobud cümlə, yaxud sözlə bağlı irad bildirmək üçün ciddi monitorinq aparılmalı, hansı telekanalda tərcümə-dil qüsurlarının daha çox olduğu müəyyənləşməlidir.

“Dublyaja peşəkarların cəlb edilməsində yaşanan problemin bir səbəbi də Azərbaycanda hər telekanalın özünün dublyaj studiyasının fəaliyyət göstərməsidir. Bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac var. Nazirlər Kabinetinin nəzdində Tərcümə Mərkəzi fəaliyyət göstərir. Tərcümə Mərkəzində kino-dublyajla məşğul olan ayrıca bir şöbə, redaksiya yaradılsa, bütün telekanallar həmin şöbə ilə rahat işləyə bilər. Düşünürəm ki, bu yolla dublyajdakı tərcümə və səsləndirmə qüsurlarını aradan qaldırmaq mümkündür. Onda iradlar da konkret bir ünvana yönələr”.

Dalğa TV-nin dublyaj studiyasının səs rejissoru Müşfiq Vaqif İsgəndərli bildirib ki, Azərbaycanda aktyor dublyajda iştirak etdiyi bir film üçün 25 manat və ya hər səs dəqiqəsi üçün 1 manat ayrılır:

“Səs rejissoru, tərcüməçi və redaktorları bir kənara qoyuram, bu məvacib heç aktyorun əziyyətinə dəymir. Ona görə də o, filmi həvəssiz səsləndirir. Maddi vəsaitin çatışmazlığı səbəbindən filmə cəmi 3-4 aktyor cəlb edilir. Rusiya, Türkiyə və digər ölkələrdə hətta qapıçı kimi epizodik obrazları da ayrıca səsləndirən insan var. Hər birinə lazımi vəsait ayrılır.

Dünyanın heç bir ölkəsində bir filmin dublyajına cəmi 4 aktyor cəlb olunmaz. Təsəvvür edin, kimsə birisi 7-8 obrazı səsləndirir, üstəlik, film bir günə yazılmalıdır. Daha sonra tələb olunan texniki tədbirlər də elə bir günə həll olmalıdır. Texniki işlərə bir nəfər baxır. Ona görə də keyfiyyət aşağı düşür. Buna səbəb kadr çatışmazlığı yox, maddi vəsaitin az olmasıdır”.

Müşfiq Vaqif İsgəndərli bu günə qədər Azərbaycanda peşəkar səviyyədə dublyaj olunan yeganə filmin “Həzrəti Yusif” serialı olduğunu qeyd edib.

Nigar Adil

Qurbanlıq vətəndaşa neçəyə başa gəlir? like
  • 22 Avq 14:38  
Digərləri Qurbanlıq vətəndaşa neçəyə başa gəlir?

Bu gün Azərbaycanda islam aləminin ən böyük bayramlarından olan Qurban ba

arrow Ətraflı
"Bir həftədə Bakıda 219 piyada cərimələnib" like
  • 22 Avq 14:33  
Digərləri "Bir həftədə Bakıda 219 piyada cərimələnib"

Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219

arrow Ətraflı
Atası ilə birlikdə eyni ixtisasa qəbul olan qız: like
  • 22 Avq 14:29  
Digərləri Atası ilə birlikdə eyni ixtisasa qəbul olan qız:

"Mən də, atam da ödənişli əsaslarla təhsil alacağıq. Bəlkə də m

arrow Ətraflı
Şirvan dəmir yolu stansiyasından like
  • 22 Avq 14:24  
Digərləri Şirvan dəmir yolu stansiyasından

Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton rels oğurlanıb.

arrow Ətraflı
Bir həftədə Bakıda 219 piyada cərimələnib - SƏBƏB? like
  • 22 Avq 14:23  
Digərləri Bir həftədə Bakıda 219 piyada cərimələnib - SƏBƏB?

Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219

arrow Ətraflı
Bekhemə prezident mükafatı veriləcək like
  • 22 Avq 14:20  
İdman Bekhemə prezident mükafatı veriləcək

UEFA İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid

arrow Ətraflı
Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb like
  • 22 Avq 14:14  
Digərləri Ötən gün axtarışda olan 33 nəfər saxlanılıb

Avqustun 21-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərz

arrow Ətraflı
“Nənəmin əsərlərinin saxta nüsxələrini satmaq istəyənlər var…” like
  • 22 Avq 14:05  
Digərləri “Nənəmin əsərlərinin saxta nüsxələrini satmaq istəyənlər var…”

Bəzi dələduzlar Azərbaycanın görkəmli qadın rəssamı Vəcihə Səmədov

arrow Ətraflı
Arktikanın ən qalın buz təbəqəsi əriyir like
  • 22 Avq 14:01  
Dünya Arktikanın ən qalın buz təbəqəsi əriyir

Qrenlandiyanın şimalında yerləşən Arktikanın dənizdəki ən qalın buz t

arrow Ətraflı
İrina Şeyk fərqli saç düzümündə... like
  • 22 Avq 13:57  
Digərləri İrina Şeyk fərqli saç düzümündə...

Dünya şöhrətli rus model İrina Şeyk "Vogue" jurnalının ispan v

arrow Ətraflı
Çeferindən təkrar namizədlik like
  • 22 Avq 13:51  
İdman Çeferindən təkrar namizədlik

Sloveniya Futbol Federasiyası (NZS) UEFA-nın hazırkı prezidenti Aleksander &

arrow Ətraflı
"Söz tapmıram deməyə..." like
  • 22 Avq 13:48  
Şou-biznes "Söz tapmıram deməyə..."

Əməkdar artist Abbas Bağırov İnstaqram səhifəsində canlı yayıma girib

arrow Ətraflı
Şirvan dəmir yolu stansiyasından 25 ton rels oğurlanıb like
  • 22 Avq 13:47  
Digərləri Şirvan dəmir yolu stansiyasından 25 ton rels oğurlanıb

Şirvan dəmir yolu stansiyasından 25 ton rels oğurlanıb.

arrow Ətraflı
Təyyarənin mühərriki havada alışdı like
  • 22 Avq 13:44  
Digərləri Təyyarənin mühərriki havada alışdı

Uçuş zamanı mühərrikində baş verən yanğına görə Ufa hava limanına q

arrow Ətraflı