Ekspert Qurban bayramı haqda:


Digərləri 22 Avq 2018 13:39:00 308 0

Ekspert Qurban bayramı haqda:

Mən Qurban bayramının təməl fəlsəfəsini, mahiyyətini yaxşı dərk edirəm.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, belə bayramlar sosial yardımlaşmanın, həmrəyliyin ilkin təzahürü kimi mühüm əhəmiyyətə malikdir:

"Zənnimcə, bu bayramlara müasir dövrdə məhz daşıdıqları sosial mənaya görə də yanaşmaq lazımdır. Məni qınamayın, bir neçə günün içərisində bu qədər heyvanın kəsilməsinin, israfçılığın izahını tapa bilmirəm. Bütün bunlar sosial dövlət anlayışının və sosial institutların olmadığı dönəmdə qəbul edilən və anlaşılan idi. Amma indi...

Bu sözlərim sosial ədalətin olmadığı bir çox müsəlman ölkəsinə daha çox aiddir".