Sərxanın halı pisləşdi


Şou-biznes 22 Avq 2018 12:22:00 354 0

Sərxanın halı pisləşdi

İki gündür müğənni Mətanət Əsədova ilə qalmaqal yaşayan aparıcı Sərxan Kərəmoğlunun vəziyyəti pisləşib.

Son.az xəbərçi.az-a istinadən xəbər verir ki, gecəyarı halı pisləşən aparıcının üstünə təcili yardım gəlib.

O, baş verən hadisədə Mətanəti günahkar bilib:

"Anarı öldürdüz, indi Mətanət kimilər Sərxanı da öldürəcək. Mətanət deyən kimi olsaydım, altımda maşınım, dəbdəbəli evim olardı. İki uşağımı zülmlə böyütmüşəm. Mən onu təhqir yox, tənqid etmişəm. Allah bu dəfə də məni həyatda saxladı".